22 Oktyabr 2014 04:09
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ terror təşkilatı “İŞİD”-lə mübarizədə Suriya və İraqda aparılan əməliyyatlarda indiyə qədər çəkdiyi maliyyə məsrəfi424 milyon dollar pul xərclədiyini açıqlayıb.

Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Pentaqonun rəsmi nümayəndəsi, kontr-admiral Con Kirbi bildirib.

O, bu məbləğin avqustun 8-dən başlayaraq aparılan əməliyyatlarda xərcləndiyi qeyd edib. “Orta hesabla gündəlik xərc 7,6 milyon dollar təşkil edir”, deyə Kirbi bildirib.

Xatırladaq ki, ABŞ hərbi aviasiyası avqustun 8-dən başlayaraq İraq və Suriyada “İŞİD”-in mövqelərinə hava zərbələri endirir.


Müəllif:

Oxşar xəbərlər