31 Dekabr 2020 21:38
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda koronavirusa yoluxma halları yenə də artıb. Son sutkada ölkədə daha 1 527 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib, 1 282 nəfər sağalıb, 24 pasiyent isə pandemiyanın qurbanı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.

Ölkədə COVID-19-a yoluxanların ümumi sayı 227 min 420-ə, sağalanların ümumi sayı 211 min 727-yə, pandemiya qurbanlarının sayı isə 2 505-ə yüksəlib.

Hazırda Gürcüstanda karantin rejimində 431, stasionar nəzarətdə 5 104 nəfər saxlanılır. Daha 1 167 nəfər isə xüsusi otellərdə müalicə olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər