Ukrayna Prezidenti Vladimir Zelenski Yeni il təbrikində Donbas və Krım sakinlərinə müraciət edərək, onları Ukraynanın yanında olmağa çağırıb.
Teleqraf.com xəbər verir ki, ölkə başçısı çıxışında “Krım Ukraynadır” mesajını verib.
“Kiyevdəki Bankovada (prezidentin ofisinin yerləşdiyi küçə. - Red.) sülhün olacağını demək istəmirəm, Donetskdəki Artemdə Ukraynada sülhün bərqərar olduğunu söyləmək istəyirəm. Krımın Ukrayna olduğunu internetə yox, Yaltadakı sahildə qumun üstünə yazaq”, - Zelenski bildirib.