İspaniya və İngiltərə Böyük Britaniyanın Avropa Birliyindən çıxmasından sonra Cəbəllütariqin statusu ilə bağlı ilkin razılığa gəliblər.
Teleqraf.com xəbər verir ki, bu barədə İspaniya Baş naziri Pedro Sançes açıqlama verib.
“Yeni mərhələyə başlayırıq. Cəbəllütariqlə əlaqədar İngiltərə ilə maneələri aradan qaldırmağa imkan yaradan ilkin razılığa gəldik”, - hökumət başçısı vurğulayıb.
“Röyter”in məlumatına görə, razılaşma çərçivəsində Cəbəllütariq AB-də qüvvədə olan müqavilələrin, məsələn, Şengen anlaşması çərçivəsində olacaq.
Priney yarımadasında yerləşən ərazi uzun illərdir İngiltərə və İspaniya arasında mübahisə məsələsinə çevrilib.
Qeyd edək ki, Britaniya Avropa Birliyindən çıxdıqdan sonra ilk anlaşmanı Türkiyə ilə əldə edib. Tərəflər arasında sərbəst ticarət anlaşması imzalanıb.