COVİD-19 pandemiyası səbəbindən Kaliforniyada cənazələrin dəfn edilməsində ciddi sıxıntılar ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, pandemiya səbəbindən vəfat edənlərin sayında rekord artım olduğundan dəfn işlərini həyata keirən mərasim evlərində yer tapmaq imkansız hala gəlib.
Şəhər rəhbərliyi cənazələrin çuyğun şəkildə dəfn edilməsi üün tədbirlər görməyə çalışsalar da, bir çox dəfnetmə şirkətləri yaxınlarını itirən ailələri geri qaytarır və yerlərin olmadığını bildirirlər.
Los-Angeles şəhərinin ən böyük dəfnetmə şirkətinin rəhbəri Magda Maldonado deyib ki, son günlər dəfn mərasimi ilə bağlı müraciətləri geri qaytarmaq məcburiyyətində qalıblar:
“40 ildir bu işlə məşğulam, amma bir gün belə mərasimlə bağlı müraciətə yerimiz yoxdur deyəcəyimi ağlıma gətirməzdim. Dəfnlə məşğul olan digər şirkətlərdə də eyni durumdur"
Qeyd edək ki, ABŞ-da COVİD-19 virusuna yoluxanlara 2 milyon 346 min nəfərlə Kaliforniya ştatı başçılıq edir. Ştatda virusdan ölənlərinsayı 26 mindən çoxdur.
ABŞ-da son 24 saatda virusdan 2069 nəfər həyatını itirib. Ümumilikdə bu bəladan vəfat edənlərin sayı 356 mindən çoxdur.