5 Yanvar 2021 11:43
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan arasında aparılan sərhədlərin delimitasiya və demorkasiya prosesinə uyğun olaraq Ermənistanın Sünik (tarixi Zəngəzur) bölgəsinin Şurnux kəndi yanvarın 5-də Azərbaycanın nəzarətinə keçməli idi. Azərbaycan Ordusu və müvafiq dövlət qurumları, habelə rus sülhməramlıları həmin kəndi zəbt edərək yaşayan ermənilərə yanvarın 5-nə qədər kəndi tərk etməsi üçün vaxt vermişdi.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, yanvarın 4-də ermənilər kəndi tərk edərkən növbəti vəhşiliyə imza ataraq Azərbaycanın nəzarətinə keçəcək ərazidəki evləri yandırıb.

Hətta evlərin yandırılmasını kəndin saxta sakini Ararat Ağhabekyan vodeoya çəkərək yayıb. Bildirib ki, Şurnux kəndinin “sakinləri” türklərin ayaqlarının evlərinə dəyməməsi üçün bunu edib.

Kəndin erməni sakinləri bildiriblər ki, bu, fərsiz erməni hökumətinin günahıdır: “Nikol bu da sənə Şurnux kənd sakinlərinin yeni il hədiyyəsi. Amma bu müvəqqətidir. Sən ordunu, insanları məhv etdin. Sən də bu atəşdə yanmalı idin”.


Müəllif: Cavad

Oxşar xəbərlər