6 Yanvar 2021 11:12
2 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti seçilən Co Bayden milli təhlükəsizlik komandasına xüsusən Rusiya və İran məsələləri ilə məşğul olmaq üçün Barak Obama dövründə vəzifə tutmuş şəxsləri cəlb etməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” qəzeti məlumat yayıb.

Nəşrin verdiyi xəbərə görə, Baydenin keçmiş dövlət katibi Con Kerrinin ofisinin siyasət planlaşdırma idarəsinin direktoru Con Fineri təhlükəsizlik müşavirinin müavini və Obamanın rəhbərliyi altında İranla nüvə danışıqlarını aparan Vendi Şermanı dövlət katibinin müavini təyin edəcəyi gözlənilir.

Şermanın bu vəzifəyə təyin olunacağı təqdirdə Donald Tramp administrasiyasının geri çəkildiyi İranla nüvə anlaşmasına qayıtmaqda mühüm rol oynayacağı qeyd edilib.

Rusiyaya qarşı sərt mövqe tutması gözlənilən Bayden vaxtilə Dövlət Departamentində sərt anti-Rusiya mövqeyi ilə seçilən keçmiş diplomat Viktoriya Nulandı siyasi məsləhətçi vəzifəsinə təyin edəcəyi bildirilib.

Nuland Rusiya Prezidenti Vladimir Putini sərt şəkildə tənqid edən şəxs kimi fərqlənir.

Baydenin ABŞ-ın keçmiş prezidenti Barak Obamanın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Bred Makqurku Yaxın Şərq və Şimali Afrika masasının başına gətirəcəyi də gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər