6 Yanvar 2021 11:52
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İran hər ay 8-9 kiloqram 20 faiz zənginləşdirilmiş uran istehsal edə bilər və bu gücə sahibdir".

Teleqraf.com xəbər verir ki, bunu İran Atom Enerjisi Agentliyinin prezidenti Əli Əkbər Salihi bəyan edib.

Salihi parlamentdə çıxarılan nüvə qanunu çərçivəsində hər saatda 17-20 qram arasında zənginləşdirilmiş uran istehsal edə biləcəklərini qeyd edib: "Qanunun tələb etdiyi 120 kiloqrama çatmaq üçün ayda təxminən 8-9 kiloqram 20 faizli təmiz uran istehsal edə bilərik. İstehsal olunan təmiz uran yığılıb saxlanılacaq”.

Qurumun fəaliyyətinə toxunan Salihi Buşehr əyalətində 2 yeni nüvə təsisi inşasının davam etdiyini və layihənin 10 milyard dollar dəyərində ölkədə sənaye sektorunun ən yaxşısı olduğunu bildirib.

Qeyd edək ki, İranın Nüvə Elm Alimi Muhsin Fəxrizadənin sui-qəsd nəticəsində öldürülməsindən sonra hökumətin etirazlarına baxmayaraq, ötən il dekabrın 1-də qəbul olunan qanun İranın Atom Enerjisi Agentliyini uranı ən azı 20 faiz zənginləşdirməyə başlamağı və aşağı səviyyəli zənginləşdirilmiş uran ehtiyatlarını artırmağı məcbur etdi.

BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya ilə İran arasında 2015-ci ildə imzalanmış Hərtərəfli Birgə Fəaliyyət Planı adlanan nüvə anlaşması Tehrana uran zənginləşdirmə fəaliyyətini 3.67 faiz nisbətində davam etdirmək haqqı verir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər