Suriyanın paytaxtı Dəməşqdə davam edən döyüşlərdə Hizbullah terror təşkilatının yüksək rübtəli komandiri öldürülüb.
Teleqraf.com Cihan agentliyinə istinadən xəbər verir ki, bu barədə suriyalı müxaliflər məlumat yayıb. Məlumatlara görə, əməliyyat nəticəsində Əsəd ordusunun sıralarında döyüşən Hizbullahın yüksək rütbəli komandiri olan Səid Əl Buşi məhv edilib. Buşinin Dəməşqin Jobar bölgəsindəki qoşunlara komandanlıq etdiyi bildirilir.
Xəbərdə Əsəd ordusunun hava əməliyyatları və artilleriya bombardmanı vasitəsilə Jobarı keçirməyə çalışdığına diqqət çəkilir.
Samir