22 Oktyabr 2014 15:59
1 027

“İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qoşulmaq üçün evdən qaçan gənc qızlara ABŞ-dan daha 3 nəfər əlavə olunub.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, təşkilata üzv olmaq üçün yola çıxan qızlar Almaniyanın Frankfurt hava limanında yaxalanıb. Yaşları 18-də kiçik olan iki bacı və dostlarının 5 gün əvvəl Kolorado ştatının paytaxtı Denverdən qaçdıqları bildirilir.

ABŞ-a ekstradisiya edilən gənc qızların İŞİD ilə internet üzərindən əlaqə qurduğu ehtimal edilir.

Samir


Müəllif: