7 Yanvar 2021 16:20
1 417
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qırğızıstan yeni fəlakətin astanasındadır, baş verənlər yaxşı olmayacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Qırğızıstan prezidentliyinə namizəd, deputat Kanıbek İmanəliyev deyib.

O, ötən ilin oktyabr ayında keçirilmiş seçkilərdən sonra ölkədə baş verən etirazlara diqqət diqqət çəkib:

“Bu, demokratiyanın təntənəsi idi, insanlar etiraz etmək, seçkinin nəticələrinin ləğv edilməsini istəmək üçün meydana çıxdılar. Yeni nəsil siyasətçilər yetişib. Ancaq bundan sonra nə edəcəyini başa düşmədikləri üçün qələbə onlardan oğurlandı. Həmin insanlar siyasətə kriminal aləmdən gəliblər. Ən azı ilin sonuna qədər hakimiyyətdə qalmalıydı, amma hazırkı prezidenti istefaya məcbur etdilər. İndi eks-prezidentin dövründə seçkilər olsaydı, bəlkə də daha ədalətli olardı.

İndi isə üç ay ərzində vəziyyətdən çıxmaq üçün anti-böhran planı irəli sürməyən, siyasətə yeni adlar gətirməyən bir qüvvə iqtidardadır. Beynəlxalq ictimaiyyət onları tanımır. Oktyabrın 6-dan sonra bir neçə dəfə ölkə konstitusiyasını pozdular. Hakimiyyət yenə də hökumətyönlü namizədin əlinə keçdi və yenə də yeni fəlakətlərin astanasındayıq. Formal olaraq istefa versə də, hələ də iqamətgahda yaşayır, dövlət maşını tamamilə onun üçün işləyir və bu, yaxşı bitməyəcək”.

Qeyd edək ki, 2020-ci ilin oktyabrında parlament seçkilərindən qısa müddət sonra Qırğızıstanda iğtişaşlar başlayıb. Seçkilərin nəticələri ilə razılaşmayanlar parlamentin və prezident administrasiyasının binasını ələ keçiriblər. Etirazlar nəticəsində ölkənin lideri Sooronbay Jenbekov istefa verib və hakimiyyət müxalifət lideri Sadır Japarova keçib. O, tərəfdarları tərəfindən oktyabrın 5-dən 6-na keçən gecə həbsxanadan buraxılıb. Bir aylıq iqtidardan sonra postundan ayrılıb.

Yanvarın 10-na erkən seçkilər təyin edilib. Japarovdan başqa hakimiyyətin əsas postu uğrunda 17 namizəd mübarizə aparır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər