7 Yanvar 2021 19:06
2 943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu ölkə prezidenti Vladimir Putinin 2020-ci ilin yanvarında Suriyanın paytaxtı Dəməşqə səfərinin təşkilinin dərs vəsaiti kimi və ya “Hollivuddan daha pis triller” çəkilişi üçün əsas götürülə biləcəyini söyləyib.

Teleqraf.com xəbər verir ki, S.Şoyqu bunu “Rossiya 1” telekanalının çəkdiyi “Səhv etməyə haqq yoxdur. Dəməşqə milad ziyarəti” filmində bildirib.

“Əgər detallı və hər şeyin açıqlandığı bir film çəkirsinizsə, bu, bir tərəfdən çox yaxşı dərslik və bütün xidmətlərin öz işlərini istisnasız təşkil etməsi ilə bağlı vəsait ola bilər... Digər tərəfdən, bu, istənilən Hollivud və digərlərindən pis triller olacaq”, – deyə RİA Novosti Şoyqudan sitat gətirir.

O, həmçinin, bildirib ki, Dəməşqə getmək qərarı Suriyada əsas hərbi mərhələnin başa çatması üçün imkanların yaranması və dinc həyatın bərpası ilə bağlı müxtəlif xidmətlərin verdiyi hesabatdan sonra şəxsən V.Putin tərəfindən qəbul olunub.

Onun sözlərinə görə, V.Putinin səfəri Suriya və bütün dünya vətəndaşlarına ölkənin yeni mərhələyə qədəm qoyduğunu göstərib.

Qeyd edək ki, 7 yanvar 2020-ci ildə V.Putin Dəməşqə gəlib və suriyalı həmkarı Bəşər Əsədlə görüşüb. O, həmçinin, Suriyadakı Rusiya Silahlı Qüvvələri qrupunun komanda məntəqəsini ziyarət edib və Dəməşq küçələrində gəzib.

V.Putinin Suriyaya uçuşunun təhlükəsizliyini “Su” təyyarələri təmin edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər