Qətərin sabiq baş naziri Şeyx Həməd bin Casim əl-Sani Körfəzdəki barışıqdan sonra İranla dialoq qurulmasının vacibliyinə yönəlik çağırış edib.
Teleqraf.com xəbər verir ki, keçmiş baş nazir Co Baydenin ABŞ prezidenti seçilməsi ilə İranla bağlı siyasətdə dəyişiklik olacağını düşünür.
"Bu gün Körfəz Əməkdaşlıq Şurası ölkələri arasındakı gərginliyin başa çatması və Ağ Evə yeni rəhbərliyin gəlişi ilə İranla dialoq üçün fürsət yaranıb. İranla fərqli mövqelərin olduğunu bilirik. Lakin bu, dialoq kanalları açmağımıza mane olmamalıdır. Bir çox məsələdə razılaşmadığımız ölkələrlə əməkdaşlıq edirik", - deyə qeyd edib.