11 Yanvar 2021 00:57
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə 2020-ci ilin yekunlarına dair müşavirə keçirilib. Müşavirədə 2020-ci ilin Ukrayna üçün uğurlu il olduğu qeyd edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, ötən il ərzində əsirlikdən 96 ukraynalı azad edilib, müharibə tarixindəki ən uzun atəşkəs əldə edilib, təxminən 4000 kilometr yol çəkilib, ticarət üçün əlverişli kreditlər verilib.

Zelenskinin komandası orta əməkhaqqının artırılması, torpaq islahatlarını 2020-ci ilin uğuru kimi dəyərləndirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər