12 Yanvar 2021 16:23
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gələcəyimizi Avropada görürük və bunu birlikdə qurmaq istəyirik”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Birliyi ölkələrinin səfirləri ilə görüşündə deyib.

“Türkiyə Avropadır və Avropa taleyimizin bir hissəsidir. Bunun əksi Avropaya da aiddir”, - nazir vurğulayıb.

Çavuşoğlu Türkiyənin bu gün Suriya, Liviya, Cənubi Qafqaz, Balkan yarımadası, Yaxın Şərq və Qara dəniz kimi bölgələrdə təhlükəsizliyin təmin olunmasında önəmli bir geosiyasi oyunçuya çevrildiyini və bunun Avropa üçün ciddi əhəmiyyətə malik olduğunu bildirib:

“Türkiyə miqrasiya, energetika, ticarət, tranzit, nəqliyyat, rabitə, təhlükəsizlik, terrorizmlə mübarizə, NATO və müdafiə məsələlərində də həyati əhəmiyyətə malik bir oyunçudur. Bütün bu məsələlər Avropanın təhlükəsizliyi və rifahı üçün də həyati əhəmiyyət kəsb edir. Birlikdə hərəkət etsək, bütün sahələrdə müsbət dəyişiklik əldə edə bilərik. Türkiyə bu əməkdaşlıqda qərarlıdır”.

Çavuşoğlu Türkiyənin Avropa Birliyinə üzvlükdə maraqlı olduğunu söyləyib: “Üzvlük prosesinə sadiqik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər