Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri bu gün Çinin mərkəzi Hubey əyalətinin administrativ mərkəzi Uhana gəliblər.
Teleqraf.com xəbər verir ki, bu, bu barədə "CGTN" telekanalının "Twitter" səhifəsində yerləşdirilən mesajında bildirilir.
"Ümumdünya Səhiyyə Təşkilatının ekspertlər qrupu koronavirusun yaranması səbəblərinin müəyyənləşdirilməsi Mərkəzi Çinin Uhan şəhərinə gəldi. İşə başlamazdan əvvəl mütəxəssislər karantinə yerləşdiriləcək", - mesajda deyilir.