19 Yanvar 2021 14:53
3 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Angela Merkelin partiyası Xristian Demokratlar İttifaqının (CDU) yeni sədri Armin Laşetin parlamentdə türk professor Uğur Şahindən bəhs etdiyi açıqlaması gündəm yaradıb.

Teleqraf.com xəbər verir ki, Almaniyada hakimiyyət koalisiyası qurmuş CDU ötən həftə sonu yeni liderini seçib.

Seçkini türklərə isti münasibəti ilə seçilən "Türk Armin" ləqəbi Armin Laşet qazanıb.

Armin Laşet Şimali Ren-Vestfaliya əyalətinin rəhbəri olaraq ötən ilin noyabrında parlamentdə türk alim Uğur Şahinin qazandığı uğurlardan danışıb: “1969-cu ildə 4 yaşında bir uşaq Türkiyədən “Ford” fabrikində işləyən atasının yanına gəlir. Təhsilini Almaniyada alaraq məktəb birincisi olan türkün bu gün pandemiyaya qarşı peyvənd hazırlayaraq insanlara ümid olması bizi xoşbəxt edir.

Almaniyadakı radikal sağçıların bunu görməsini diləyirik. Almaniyadakı sağlam düşüncəli vətəndaşlar xaricilərin gəlməsindən çox məmnundur, yaxşı ki, gəliblər deyirik”.

Laşetin bu sözləri CDU prezidenti olduqdan sonra sosial şəbəkə istifadəçiləri tərəfindən gündəmə gəlib. Bir çox istifadəçi Laşetin professor Uğur Şahinlə bağlı sözlərini paylaşaraq "Bu, əsl dostdur " yazıblar.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər