20 Yanvar 2021 08:25
403
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın hazırkı prezidenti, respublikaçı Donald Tramp son zamanlar öz tərəfdarları ilə yeni siyasi partiyanın yaradılması imkanlarını müzakirə edib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı siyasi təşkilatını Vətənpərvərlik Partiyası adlandırmaq istəyir.

Qəzet yeni partiyanın yaradılması üçün ciddi investisiyaların tələb olunacağını qeyd edib. Eyni zamanda Trampın çoxlu sayda tərəfdarı var, bəziləri iqtidara gəlməzdən əvvəl Respublikaçılar Partiyasının siyasətində iştirak etməyiblər.

Nəşr qeyd edib ki, ABŞ Konqresinin Senatında respublikaçıların lideri Mitç Makkonel və partiya üzvlərinin əksəriyyətinin prezidentin yanvarın 6-da kütləni qarışıqlıq təxribatına cəlb etdiyini bildirməsindən sonra Donald Trampla partiyadaşları arasında ciddi fikir ayrılıqları yaranıb.

Həmin vaxt Trampın tərəfdarları ötən ilin 3 noyabrında keçirilmiş prezident seçkilərinin nəticələrinin Konqresdə təsdiqlənməsinə mane olmağa çalışıblar. Qarışıqlıqlar nəticəsində bir neçə nəfər həlak olub.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər