20 Yanvar 2021 17:54
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Ağ Evi tərk edib.

Teleqraf.com xəbər verir ki, Ağ Evdən çıxan Donald Trampı xanımı Milena Tramp müşayiət edib.

Tramp buradan helikopterlə birbaşa Jonit Base Andrevs hava limanına gedəcək və orada mətbuat konfransı keçirəcək. Daha sonra yeni ABŞ lideri Co Baydenin inauqurasiya mərasiminə qatılmadan Floridaya gedəcək.

Son 4 ildə ABŞ prezidenti vəzifəsini icra edən Donald Tramp Ağ Evi tərk edərkən sonuncu dəfə jurnalistlərə əl sallayıb və qısa açıqlama verib:

“ABŞ prezidenti olmaq mənim üçün şərəf idi. Dünyadakı ən gözəl insanlar, ən gözəl ev. Sizlərə əlvida demək istəmirəm. Ümid edirəm mənim üçün uzun müddətli ayrılıq olmaz”.

Qeyd edək ki, Co Baydenin inaqurasiyası Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


Müəllif: Cavad