Yaponiyada meteoritin atmosferə daxil olması sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.
Teleqraf.com xəbər verir ki, gecə saatlarında atmosferə girən göy cismi hər tərəfi işıqlandırıb.
Olay ölkənin Kanto, Tokayi və Kinki əyalətlərində təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Tokionun Xiratsuka Şəhər Muzeyinin direktoru Daiçi Fuji asteroidin bir parçasının yerə düşməsindən sonra ətrafa işıq yayıldığını bildirib.
O, bunun adi bir meteoritlə müqayisədə daha az sürətlə hərəkət etdiyini və bir Ay kimi parıldadığını söyləyib.
Qeydə alınan görüntülər “alov kürəsi”nin dünyaya yaxınlaşdıqda işığını daha güclü bir şəkildə səpələdiyini və birdən yox olduğunu göstərir.
Görüntülər sosial şəbəkələrdə çox sayda paylaşılıb.