21 Yanvar 2021 12:56
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Co Bayden prezidentliyi dövründə ABŞ-ın Milli Kəşfiyyat Xidmətinə Avril Haines rəhbərlik edəcək.

Teleqraf.com xəbər verir ki, ABŞ kəşfiyyat xidmətləri arasında aparıcı qurum kimi qəbul olunan Milli Kəşfiyyat Xidmətinin direktoru vəzifəsinə namizəd irəli sürülən xanım Haines artıq Senatın təsdiqindən keçib.

Xanım Hainesin namizədliyini 84 senator dəstəkləyib. 10 senator isə onun əleyhinə səs verib.

Bununla da Avril Haines Co Bayden kabinetində Senatdan dəstək alıb işə başlayacaq ilk şəxs olub.

O, eyni zamanda Milli Kəşfiyyat Xidmətinə rəhbərlik edəcək ilk qadın kimi tarixə düşür.

Məlumat üçün qeyd edək ki, sabiq prezident Barak Obama hökuməti zamanı Mərkəzi Kəşfiyyat Xidmətinin direktor müavini postunu tutan Haines bir müddət Milli Təhlükəsizlik müşavirinin köməkçisi vəzifəsində də çalışıb.


Müəllif: Cavad

Oxşar xəbərlər