23 Yanvar 2021 13:47
1 728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyadakı hakim koalisiyaya daxil olan Xristian Demokrat İttifaqının (CDU) yeni sədri Armin Laşet Rusiyanı düşmən hesab etdiyini söyləyib.

Teleqraf.com xəbər verir ki, Laşet Moskvaya münasibətini “Frankfurter Allgemeine Zeitung” qəzetinə verdiyi müsahibədə açıqlayıb.

Onun sözlərinə görə, Rusiya ilə bağlı mövqeyi tamamilə şəffafdır: “Rusiya bir çox cəhətdən düşməndir, amma hələlik həllinə ehtiyac duyduğumuz vacib məsələlər var”.

Laşet Rusiyanın aktiv olduğu bölgələrə diqqətin artırılmasının vacibliyinə toxunub. Bununla belə, o, hesab edir ki, Moskva ilə əməkdaşlığın yollarını tapmaq lazımdır.

Şimali Reyn-Vestfaliya federal əyalətinin baş naziri Laşet yanvarın 16-da CDU-nun sədri seçilib.

Almaniya kansleri Angela Merkelin varisi hesab olunan Laşet Türkiyəyə loyal münasibətinə görə Almaniyanın siyasi çevrələrində “Türk Armin” adıyla tanınır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər