26 Yanvar 2021 08:05
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş prezidenti Donald Trampın iğtişaşlara təhrik etmək ittihamı ilə bağlı impiçmentinə dair qətnamə Senata təqdim olunub.

Teleqraf.com-un məlumatına görə, ölkə tarixində ilk dəfə eyni prezident iki dəfə impiçmentə məruz qalıb. Qətnamədə yalnız bir ittiham maddəsi var - iğtişaşlara təhrik etmək.

İmpiçment prosesinin özü 8 fevraldan sonra başlayacaq. Sessiyalar zamanı impiçment inzibatçıları deyilən Nümayəndələr Palatasının üzvləri prokuror, senatorlar münsif qismində çıxış edəcəklər.

Bununla başlayacaq təhqiqat nəticəsində D.Tramp bir daha Ağ Evə gəlmək imkanından məhrum edilə bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər