Türkiyə Daxili İşlər Nazirliyi Daxili Qoşunların komando, xüsusi təyinatlı, polis xüsusi hərəkat qüvvəsi, təhlükəsizlik müdafiəsi qruplarının iştirakı ilə “Eren-4 Kalıova-Varto” və “Eren-5 Bakok” əməliyyatlarına başladığını elan edib.
Teleqraf.com xatırladır ki, Türkiyə Daxili İşlər Nazirliyi əməliyyata PKK terror təşkilatı tərəfindən şəhid edilən Eren Bülbülün adını verib.
Bu çərçivədə Eren-1 Tendurek əməliyyatı, Eren-2 Lice əməliyyatı, Eren-3 Ağrı dağı əməliyyatı davam edir.
İndi isə Eren-4 və Eren-5 əməliyyatlarına start verilib.
Əməliyyatların məqsədi ölkə daxilində terroru tamamilə aradan qaldırmaqdır.
Qeyd edilir ki, əməliyyatlar qərarlı şəkildə davam etdirilir.