28 Yanvar 2021 11:45
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk əsilli fizika professoru Mətin Tolan Almaniyanın Göttingen Universitetinin rektoru seçilib.

Teleqraf.com xəbər verir ki, universitet senatı Tolanı yekdilliklə rektor seçib və Qəyyumlar Şurası nəticələri təsdiqləyib.

Tolan vəzifəsinin icrasına yazda başlayacaq.

Atası türk, anası alman olan Tolan 1965-ci ildə Almaniyanın Oldenburq şəhərində doğulub. Kil Universitetində fizika-riyaziyyat ixtisası üzrə təhsil alıb və 1993-cü ildə doktorluq elmi dərəcəsinə yüksəlib. Bir müddət ABŞ-da araşdırma aparan Tolan 1998-ci ildə Kil Universitetinin eksperimental fizikası dosenti olub.

2001-ci ildə Dortmund Texniki Universitetində eksperimental fizika professoru olaraq işə başlayan Tolan 2004-2008-ci illərdə Dortmund Texniki Universitetinin fizika fakültəsində dekan, 2008-2020-ci illər arasında rektorluq şurasının üzvü və prorektor vəzifələrində çalışıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər