“Vaşinqton anlaşmaya yalnız İran nüvə sazişi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən sonra qayıdacaq”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.
“Prezident Bayden açıq şəkildə deyib ki, əgər İran nüvə sazişi əsasında üzərinə götürdüyü öhdəliklərə tam əməl etsə, Birləşmiş Ştatlar da eyni addımı atacaq. Əgər İran sazişə qayıtsa, Vaşinqton da İranın ciddi narahatlığına səbəb olmuş digər məsələlərinin həlli üçün Tehranla daha möhkəm və uzunmüddətli bir razılaşmasının əldə olunmasına çalışacaq”, - Blinken qeyd edib.
Bununla belə, dövlət katibi təəssüflə qeyd edib ki, İran müxtəlif sahələrdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina edib.
O, hər şeyin İranın davranışlarından asılı olacağını bildirib.