“İstefa vermək əvəzinə, bizi milli fəlakətə gətirən Nikol Paşinyan rejimi kresloya ilişib, sərt addımları ilə hakimiyyətini uzatmağa çalışır”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda fəaliyyət göstərən silahlı “Sasna Çrer” qruplaşmasının yaydığı bəyanatda bildirilib.
Bəyanatda qruplaşmanın liderlərindən biri Vaaqn Badasyanın həbsinə etiraz edilib:
“Siyasi və hərbi lider Vaaqn Badasyanın tənqidlərə görə tutulması rejimin reallıq hissini itirdiyini və ölkəni dağıdıcı sarsıntılara sürüklədiyindən xəbər verir. Nikol Paşinyan Vaaqn Badasyanın ona qarşı yönəlmiş fikirlər söylədiyini görmək istəmirsə, tezliklə bunun nəticələri ilə qarşılaşacaq. Nəhayət, bu münasibət çox təhlükəli nəticələrə səbəb ola biləcək qəzəbə çevriləcə.
Nikol Paşinyana dərhal Vaaqn Badasyanı sərbəst buraxmaq, zorakılıq yolu ilə idarəetmə rıçaqlarına sahib çıxmağı dayandırmaq və istefasını tələb edərək ölkəni öz günahı ilə yaratdığı fəlakətli vəziyyətdən çıxarmaq üçün bir fürsət veririk”.
Ötən gün Badasyan jurnalistlərə Baş nazir Nikol Paşinyan istefa verməli olduğunu söyləyib: “Əgər öz istəyi ilə getməzsə, deməli, silahın köməyi ilə fiziki olaraq məhv edəcəyik. Prosesi təşkil etməyə başlayacağam”.