Suriya ordusuna məxsus vertolyot Hələbdə müxaliflərin nəzarətindəki Sim Frac mahalında kimyəvi silah tətbiq edib.
Teleqraf.com «Anadolu» agentliyinə istinadən xəbər verir ki, Suriya Yerli Koordinasiya Komitəsinin məlumatında hadisə nəticəsində 20 nəfərin öldüyü, onlarla insanın zəhərləndiyi bildirilir. Yayılan xəbərlərə görə, kimyəvi silahın təsirinə məruz qalanlar dərhal yaxınlıqdakı xəstəxanalara qaldırılıb.
Komitə bu hücumları Suriya xalqına qarşı qırğın kimi qiymətləndirdiyini açıqlayıb.
Samir