Çin ordusuna məxsus müşahidə və döyüş təyyarələri Tayvanın cənub-qərbindən ölkənin hava məkanında daxil olduğu bildirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyinin açıqlamasında deyilib.
Açıqlamada həmin gün ABŞ hava qüvvələrinə aid bir müşahidə təyyarəsinin də hava sahəsinin yaxınlığında uçduğu qeyd edilib. ABŞ təyyarəsinin marşrut istiqamətinin bildirilmədiyi açıqlamada bunun 2020-ci ilin sentyabrından bu yana Tayvanın hava məkanına daxil olan ilk ABŞ təyyarəsi olduğu vurğulanıb.
Açıqlamada Çinin müdaxiləsindən sonra bölgəyə Tayvan döyüş təyyarələrinin göndərildiyi və qarşı tərəfin qırıcılarına xəbərdarlıq edildiyinə diqqət çəkilib.
Çin son olaraq Tayvanın hava sahəsini 15 təyyarə ilə yanvarın 24-də pozmuşdu.