1 Fevral 2021 12:38
7 721
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təəssüf ki, qarşıdan gələn köç ermənilər üçün ən böyüyü olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” partiyasından olan deputat Naira Zohrabyan deyib.

Deputatın sözlərinə görə, bilet tapa bilən erməni ailələri böyük sevinc içində ölkədən gedirlər:

“Bilet əldə edən bir erməni ailəsinin sevincini görməli idiniz, çünki o, özünü ilk şanslılardan biri hesab edir. Dünən Moskvaya birtərəfli bilet 700 dollara satılırdı və Moskvaya bir bilet hərracda satılsa, buna təəccüblənməyin. Gündəlik çörək problemini həll etmək istəyən Ermənistanı tərk etməsinə görə günahlandırmağa haqqım yoxdur və ən dəhşətlisi, sabah türklərin evinə girməyəcəyinə inanmır. Bu gün ermənilər vətənində müdafiə olunmur.

Maraqlıdır ki, Ermənistanı tərk edənlərin əksəriyyəti Nikolu seçənlərdir. Onlar çarəsizlikdən Nikola inananlardır. Nikolun gedəcəyinə bir anlıq belə şübhə etmirəm. Nikol problem deyil. Mənim üçün və mənim kimi düşünən insanlar üçün Nikol problem deyil. Ermənistanın problemi, bilet almaq və vətənlərini tərk etmək üçün 700 dollar pulu olmayan, amma Nikolun səhvlərini görməyənlərdir. Hələ də ona süni nəfəs verən və Qarabağın təslim olmasını, eləcə də bir neçə nəslin qırğınını təbii və məqbul hesab edənlərdir. Mən belə düşüncəli ermənilərdən qorxuram. Bu insanlar bizim faciəmizdir, dövlətçiliyimizə və varlığımıza bir təhdiddir”.

Qeyd edək ki, 1 fevral tarixindən etibarən Rusiya bir ay müddətinə Ermənistan vətəndaşları üçün hava sərhədini açıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər