İş adamı İlon Maska məxsus “SpaceX” şirkətinin mülki insanların ilk kosmik səyahətinə qatılacaq dördüncü şəxsin ABŞ-dakı bir uşaq xəstəxanasına yardım edənlər arasında püşkatma yolu ilə seçiləcəyi açıqlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “ABC” telekanalı məlumat yayıb.
Məlumata görə, “Inspriation 4” adlanan səyahət Floridadakı Kennedi Kosmik Mərkəzindən atılacaq “Falcon 9” raketinin daşıdığı “Dragon” kosmik gəmisi ilə həyata keçiriləcək.
Cəmi dörd nəfərlik səyahət ilin son rübündə (təxminən oktyabr ayında) planlaşdırılır. Kosmik gəminin orbitdə neçə gün qalacağı hələ məlum deyil.
“Shift 4” şirkətinin rəhbəri Jared İsakman dörd nəfər arasında yer alacaq.