7 Fevral 2021 14:12
1 863
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa Birliyi və Rusiya arasındakı münasibətlər o qədər də yaxşı deyil”.

Teleqraf.com xəbər verir ki, bunu AB-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Jozef Borrell deyib.

Onun sözlərinə görə, diplomatik əlaqə kanalları yalnız böhran və ya hadisələrin gərginləşməsi üçün deyil, həm də birbaşa fikir mübadiləsi, möhkəm və səmimi mesajların ötürülməsi üçün açıq qalmalıdır.

Borell AB-nin Rusiyadakı insan haqlarının vəziyyətindən narahatlığını dilə gətirib. Bununla əlaqədar Borrell yenidən həbs edilən siyasətçi Aleksey Navalnıya verilən hökmü qınayıb və Rusiya hakimiyyətini onu sərbəst buraxmağa çağırıb.

AB-nin ali nümayəndəsi Moskvanın icazəsiz mitinqlərdə iştirak etdiyi üçün Almaniya, İsveç və Polşadan olan diplomatların ölkədən deportasiya edilməsini tənqiq edib və rus həmkarlarına bu qərarı yenidən nəzərdən keçirməyə çağırış edib. O, “avropalıların diplomatik statuslarına uyğun olmayan fəaliyyətlə məşğul olduqları” ilə bağlı Kremlin ittihamları rədd edib.


Müəllif: Mənsur Rəğbətoğlu