Çinin Liujiava əyalətində 2700 il əvvəl yaşamış bir zadəgana məxsus məzar aparılan arxeoloji araşdırmalar çərçivəsində açılıb.
Teleqraf.com xəbər verir ki, məzarda zadəgana məxsus bir çox əşyalar tapılıb.
Tədqiqatçıların ən çox təəccübləndirdiyi əşyalardan biri də bürünc qab olub. Sözügedən qabın içərisində üz kreminin qalıqları olduğu ortaya çıxıb.
Araşdırmanın nəticələri əsasında e.ə. 771-476-cı illər arasında Çində zadəganların kosmetik məhsullardan istifadə etdikləri iddia olunub.
Adıçəkilən məhsullarda heyvan yağı, əhəng və ehtimal ki, bir çox mağaralarda aşkar olunan kremə bənzər bir maddədən istifadə edildiyi deyilib.