Gürcüstanın işğal edilmiş Abxaziya bölgəsində yaşayan ermənilər Rusiya Prezidenti Vladimir Putini dəstəkləmək üçün qərargah yaradıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə Abxaziyadakı erməni icmasının rəhbəri Qalust Trapizonyan açıqlama verib.
Qərargahın fevralın 1-də Suxumi şəhərində yaradıldığı bildirilib.
Trapizonyanın sözlərinə görə, Abxaziya üçün Rusiya həm qonşu, həm də strateji tərəfdaşdır və xalqları yaxın dostluq münasibətlərinə malikdirlər.
O, Abxaziya ermənilərinin bu bölgədə Putinə dəstək üçün ictimai qərargahın yaradılması təşəbbüsünü bəyəndiyini və ona qoşulmaq üçün qərar verdiyini deyib.
Qeyd edək ki, bundan əvvəl abxaziyalı fəallar Suxumidəki Rusiya səfirliyinin binası önündə Putinə dəstək mitinqi elan etmişdilər. Lakin aksiyanın koronavirus pandemiyası səbəbindən ləğv edildiyini açıqlanmışdı.