“İran Dağlıq Qarabağ münaqişəsi tərəflərindən heç birini dəstəkləmir”.
Teleqraf.com xəbər verir ki, bunu İranın quru qoşunları komandanı, general Kəyumərs Heydəri deyib.
Onun sözlərinə görə, Tehran Ermənistan və Azərbaycana mövcud fikir ayrılıqlarını həll etmək üçün hərbi varianta alternativ yol təklif edir.
“İran bölgədə özü üçün “qırmızı xətlər” müəyyən edib. Bunlar bölgənin coğrafiyasında dəyişikliklərin qarşısını almaqdan ibarətdir”, - general bildirib.
General qeyd edib ki, İran Silahlı Qüvvələri Ermənistan və Azərbaycanla sərhədləri qorumaqla yanaşı, bu sərhədlərdən kənardakı hadisələrin inkişafını yaxından izləyir.
Heydəri bildirib ki, indi İranın şimal sərhədlərini heç bir şey təhdid etmir.