ABŞ-ın Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM), Suriya və İraqda terror təşkilatı IŞİD-in mövqelərinə 18 yeni hava hücumu təşkil edildiyini bildirib.
Teleqraf.com-un “TRT Haber”ə istinadən məlumatına görə, “CENTCOM”-dan verilən açıqlamada ABŞ güclərinin dünən və bu gün Suriyadakı İŞİD döyüşçülərinə qarşı 6 hava hücumu təşkil etdiyi, eyni zamanda, ABŞ və koalisiya güclərinin təşkilatın İraqdakı hədəflərini döyüş və pilotsuz bombardman təyyarələri ilə 12 dəfə bombalayıb.
Müvafiq açıqlamaya görə, Suriyada Kobani yaxınlarında təşkil edilən 6 hücumda 3 İŞİD birliyi vurulub və təşkilata aid bir vasitə məhv edilib.
Nail Cəlil