Fransadakı ifrat sağçı Milli Cəbhə Partiyasının lideri Mari Le Pen qatıldığı canlı yayımda İslam dinini hədəf alıb.
Teleqraf.com xəbər verir ki, əvvəllər də hicab qadağası və məscidlərin bağlanması təklifləri ilə gündəmə gələn xanım siyasətçi İslamı qadağan etmək istədiyini və bunun üçün hər şeyin edilməli olduğunu bildirib.
Mari Le Pen indi də İslamla müharibə apardığını söyləyib:
“Mən hər cür İslamın fəaliyyətinə, yayılmasına qarşıyam. İslamı hər tərəfdən qadağan etmək istəyirəm. Dövlətin bütün vasitələri səfərbər edilərək hücuma keçilməli və yox edilməlidir”.