25 Oktyabr 2014 09:52
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın yeni ticarət naziri Yoiçi Miyazavadan şok bir etiraf gəlib.

Teleraf.com-un xarici mediaya istinadən verdiyi məlumata görə, o, işçisinin bir seks klubunda xərclədiyi pulun dövlətin hesabına yazıldığını, özünün isə sözügedən bara getmədiyini söyləyib.


Y.Miyazavadan əvvəlki ticarət naziri Yuko Obuç isə bir maliyyə skandalına görə vəzifəsindən istefa vermək məcburiyyətində qalmışdı. Yapon banklarının fondlarını idarə edən şəxs seks klubunda 2010-cu ilin sentyabr ayında 170 dollar xərcləmiş və xərclədiyi pulu dövlətin hesabına yazmışdı.


Miyazava “əyləncə xərcləri” olaraq göstərilən xərclərin öz ofisindən olan bir şəxsin səhvən dövlətin hesabına yazdığını bildirib. Ötən həftə ticarət naziri təyin olan Miyazava xarici işlər nazirinin əmisi oğlu və keçmiş baş nazirin qardaşı oğludur.


Müəllif:

Oxşar xəbərlər