Hollandiyada İslam dininə və Türkiyəyə qarşı düşmənçilik mövqeyi ilə fərqlənən aşırı sağçı siyasətçi Qreet Vilders sosial media hesabında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan barəsində xoşagəlməz ifadə işlədib.
Teleqraf.com xəbər verir ki, hollandiyalı siyasətçinin bu açıqlamasına Prezident Ərdoğanın sözçüsü İbrahim Qalın reaksiya verib.
Qreet Vildersin fotosunu paylaşan İbrahim Qalın onun barəsində “axmaq” ifadəsini işlədib.
Hollandiya Azadlıq Partiyasının sədri Qreet Vildersin bu hərəkətinə Türkiyə Prezidentinin rabitə məsələləri üzrə köməkçisi Fəxrəddin Altun da cavab verib.
“Qreet Vilder və nasist dostlarının ağzından bu günə qədər çıxan heç bir kəlmənin indiyə qədər ağırlığı olmayıb”, - deyən Altun bildirib ki, real təhlükə Avropanın sözdə liberal hökumətlərinin və məsuliyyət sahibi olan qərarvericilərin onların fikirlərini paylaşmalarıdır:
“Türkiyə və avropalı türklər hər zaman terrorun və ekstremizmin qarşısında durublar”.