İranda üç kəşfiyyatçı öldürülüb.
Teleqraf.com xəbər verir ki, İran cinayətkar şəbəkə üzvlərini izləyən üç kəşfiyyat nümayəndəsinin hücuma məruz qaldığını və öldürüldüyünü bildirib.
Hadisənin İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində baş verdiyi açıqlanıb.
Cinayətkar şəbəkə haqqında məlumat verilməsə də, bunun daha çox “Ceysul Adl” olduğuna dair ehtimallar var.
İran Kəşfiyyat Xidmətinin yazılı açıqlamasında qeyd edilib ki, Sistan-Bəlucistan əyalətində cinayətkar təşkilatlardan birini izləyən üç kəşfiyyatçı əsgər həyatını itirib.
Qeyd edək ki, İranda terror təşkilatı kimi qəbul edilən “Ceysul Adl” şəbəkəsi var. Bu təşkilat sünni bəluç xalqının haqlarını müdafiə etdiyini iddia edərək İran-Pakistan sərhədləri yaxınlığında zaman-zaman silahlı hücumlar həyata keçirir.