Fransada tikintisi davam edən Əyyub Sultan məscidinin divarına İslam əleyhinə yazı yazılıb.
Teleqraf.com xəbər verir ki, hadisə Strasburq şəhərində baş verib.
“İslama yox. Ölkənizə dönün”, - yazıda bildirilib.
Qeyd edək ki, sözügedən məscidin tikintisi tamamlandıqda Avropanın ən böyük məscidi olacaq.
Osmanlı memarlıq məktəbi üslubunda inşa edilən, üç min nəfərlik məscid, konfrans salonları, məktəb, kitabxana, müəllimlər otağı, restoran və butiklərin də yerləşəcəyi kompleksin 600 maşın tutumu olan avtodayanacağı və velosiped parkinqi də olması nəzərdə tutulub.