Türkiyə 781 hərbçinin iştirakı ilə “Eren-11 Şəhər Ormanları” əməliyyatına başlayıb.
Teleqraf.com xəbər verir ki, bunu qardaş ölkənin Daxili İşlər Nazirliyi bəyan edib.
Əməliyyatda Daxili Qoşunların xüsusi təyinatlıları, polisin xüsusi təyinatlı qüvvələri və təhlükəsizlik müdafiə qrupları iştirak edir.
PKK terror təşkilatını ölkə gündəmindən tamamilə çıxarmaq və bölgədə olduğu ehtimal edilən terrorçuları zərərsizləşdirmək məqsədilə Bitlis və Siirt qəsəbələrində başladılan “Eren-11 Şəhər Ormanları” əməliyyatına artıq start verilib.