24 Fevral 2021 13:52
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Milli Kəşfiyyat Xidməti (MİT) İraqın Mosul şəhərindən İŞİD rəhbərliyində olan şəxsin Ankaraya gəldiyini müəyyən edib.

Teleqraf.com xəbər verir ki, MİT informasiya əldə etdikdən sonra şübhəlini nəzarətə götürüb.

İŞİD rəhbərliyində təmsil olunan şəxsin əvvəllər İraq ordusunda zabit olduğu, sonradan İŞİD-ə qoşulduğu təsbit edilib. Bundan dərhal sonra türk kəşfiyyatı əməliyyat keçirmək qərarı verib. Lakin müəyyən edilib ki, terrorçu ilə birlikdə evində Türkiyəyə gətirdiyi 7 yaşında yezidi qız uşağı da var.

Səhər saatlarında əməliyyata başlayan MİT terrorçunu həbs edib. 7 yaşlı qız uşağı isə Ailə və Sosial Siyasət Nazirliyinə təhvil verilib.


Müəllif: Cavad

Oxşar xəbərlər