24 Oktyabr 2014 13:40
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış rusiyalı milyader Roman Abramoviçin Nyu-Yorkdakı malikanəsinin fotoları yayılıb.

Teleqraf.com xəbər verir ki, dəyəri 75 milyon dollar olan malikanə Manhettendə yerləşir. Altımərtəbəli evdə 22 otaq - 8 yataq, 15 vanna otağı, bölük zal, kitabxana və böyük çardaq var.

Qeyd edək ki, bu, Abramoviçin Amerikadakı ikinci villasıdır. Onun dəyəri 36, 4 milyon dollar olan digər mənzili Koloradoda yerləşir. Milyaderin ABŞ-dakı üçüncü mənzili isə dağlıq ərazidəki qış evidir. Bu mənzilin qiyməti isə 11, 8 milyon dollardır.

Rusiyalı milyarderin ümumilikdə 12 böyük malikanəsi var. Onlardan 1-i Britaniyada, 3-ü Fransada, 5-i isə Moskvada yerləşir. Abramoviçin, eyni zamanda bir neçə yaxtası və təyyarəsi də var.

Teleqraf.com fotoları təqdim edir:

Rüstəm


Müəllif: