26 Oktyabr 2014 20:21
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın dövlət başçısı Petro Poroşenko, ölkənin şərqindəki Kramatorska etdiyi sürpriz ziyarətin ardından paytaxt Kievdə səsvermə hüququndan istifadə edib. Səsəvermədən sonra jurnalistlərin suallarını cavablayan Poroşenko ölkəsinin gələcəyinə, Avropa istiqamətində irəliləməsinə və hökumətin yenilənməsinə səs verdiyini bildirib.

Teleqraf.com-un “TRT Haber”ə istinadən məlumatına görə, Poroşenko xalqın da bu əhəmiyyətli müddətdə öz səsvermə hüququndan istifadə edərək, ölkənin gələcəyini müəyyənləşdirəcəyini bildirib. O, seçkilərdən sonra barışın təmin edilməsi, ölkənin inkişafı və islahatların reallaşdırılması yolunda özünü dəstəkləyəcək güclü bir koalisiya hökumətinin qurulacağına inandığını dilə gətirib. Dövlət başçısı seçkidən sonra islahatların reallaşdırılmasının asanlaşacağını düşündüyünü söyləyib.

Bu səhər Donbas bölgəsinə getdiyini xatırladan Poroşenko, şərqdəki bir çox seçki qutusunun açılmadığına dair xəbərlərin gerçəyi əks etdirmədiyini vurğulayıb.

Poroşenko, şərqdə davam edən terrorla mübarizə əməliyyatlarında iştirak edən əsgərlərin bir qisiminin öz səsvermə hüququndan istifadə edə bildiyini şəxsən gördüyünü söyləyib: "Bu əsgərlər böyük bir şövqlə səs verdi. Ancaq köhnə parlamentin verdiyi qərarla 25 mindən çox əsgərin öz səsvermə hüququndan istifadə edə bilməməsi məni üzdü. Bu da köhnə parlamenti ləğv etməyimin səbəblərindən biri idi".

Bu səhər Kievdə səs verməsi gözlənilən Poroşenko gözlənilmədən ölkənin şərqindəki Kramatorsk şəhərinə gedərək seçicilərlə söhbət etmiş və əsgərlərlə bir araya gəlmişdi.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər