27 Fevral 19:00
777

Misirin Şərqi Aralıq dənizi daxil olmaqla bir çox ərazidə hidrokarbon axtarışları və kəşfiyyat işləri Afinada həm narahatlıq, həm də narazılıq yaradıb.

Teleqraf.com xəbər verir ki, Yunanıstan Xarici İşlər Nazirliyi məlumatda göstərilən 18-ci paralellə bağlı narazılıq edib və rəsmi Qahirədən izahat istəyib.

Qeyd edək ki, Misir 18 fevralda elan etdiyi və avqustun 1-də başa çatacaq axtarış işləri Türkiyənin 13 noyabr 2019-cu ildə BMT-yə bildirdiyi 18 paralelinn yerləşdiyi ərzinin sərhədlərini nəzərə alaraq təyin edib.

Yunan mediası isə Misirin həm Türkiyənin qitə sahəsinə hörmətlə yanaşdığını, həm də gələcəkdə iki ölkə arasında dəniz sərhədinin müəyyən edilməsi üçün müzakirə pəncərəsinin açıq saxlanıldığını yazır.


Müəllif: Cavad