2 Mart 2021 19:12
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ticarət Nazirliyi həbsdəki müxalif blogger Aleksey Navalnının işi ilə əlaqədar 14 təşkilata sanksiya tətbiq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisi brifinqdə bildirib.

Onun sözlərinə görə, bu təşkilatlardan 13-ü ticarət şirkətidir, onlardan 9-u Rusiyada, 3-ü Almaniyada, biri isə İsveçrədə yerləşir.

“Bu şirkətlərin hamısı bioloji silahların və kimyəvi silah elementlərin istehsalının fərqli aspektlərində iştirak edir”, - deyə qeyd olunub.

Qeyd edək ki, bu gün Avropa İttifaqı A. Navalnı ilə bağlı Rusiya güc strutkrularının rəhbərlərinə sanksiya tətbiq edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər