Qazaxıstan Ukraynaya iqtisadi və humanitar yardım göstərilməsi imkanlarını nəzərdən keçirir.
Teleqraf.com itar-tass.com-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan xarici işlər nazirliyinin məlumatında bildirilib.
Yayılan xəbərlərə görə, Qazaxıstan Ukraynada siyasi vəziyyətin sabitləşdirilməsi üçün yardımını davam etdirmək niyyətindədir:
“Bu il avqustun 26-də Minskdə keçirilən sammitdə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin səsləndirdiyi bəyanata uyğun olaraq, Gömrük ittifaqı - Ukrayna - Avropa İttifaqı formatında hazırda Ukraynada iqtisadi və humanitar yardımın geniş proqramın hazırlanması və həyata keçirilməsi imkanları nəzərdən keçirilir”.
Sənəddə qeyd olunur ki, Qazaxıstan Ukraynada hərbi əməliyyatların dayandırılması haqqında razılaşmaların həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bunun üçün də qazax hökuməti ATƏT-in xüsusi monitorinq missiyasının fəaliyyətinin dəstəklənməsi üçün 40 min dollar ayırıb.
Samir