Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan bu gün İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Mojtaba Zonnur ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, səfir Tumanyan Qarabağ müharibəsindən sonra bölgədəki vəziyyət və Ermənistanın üzləşdiyi problemləri diqqətə gətirib.
Səfir bölgədə yaranan yeni reallıqlar konteksində Ermənistan-İran münasibətlərinin inkişaf perspektivlərindən, qarşılıqlı faydalı əməkdaşlıq sahələrindən danışıb. Mojtaba Zonnur İranın müharibə və müharibədən sonrakı dövrdəki mövqeyini ifadə edib. Eyni zamanda tərəflər İran-Ermənistan əlaqələrinin daha da gücləndirilməsinin, hərtərəfli əməkdaşlığın dərinləşdirilməsinin iki ölkənin maraqlarına cavab verdiyini, bölgədə sülh və sabitliyin bərqərar olmasının vacibliyini vurğulayıblar.