27 Oktyabr 2014 17:42
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Köln şəhərində baş verən iğtişaşlar nəticəsində 44 polis yaralanıb.

Teleqraf.com itar-tass.com-a istinadən xəbər verir ki, etirazçılar mühafizəkar islamın tərəfdarları olan sələfilərin Almaniyada yaşamasına qarşı çıxıblar. Futbol fanatlarının və sağ ekstremistlərin nümayişə qoşulması ilə gərginlik artıb. Aksiyada 1500 nəfərin iştirakı gözlənilsə də, sonradan bu rəqəm 4000-ə yüksəlib.

Min nəfərə yaxın hüquq-mühafizə orqanının əməkdaşı asayişi təmin etməyə çalışıb.

Etirazların gərginləşməsi toqquşmalarla nəticələnib. Belə ki, etirazçı kütlə polisə daş və şüşə parçaları atmağa başlayıb. Polis isə cavab olaraq su şırnağı, gözyaşardıcı qaz və dəyənəklərdən istifadə etməyə məcbur olub. Dəmir yolu vağzalının binası hücum etməyə çalışan 17 nəfər həbs olunub.

Qeyd edək ki, son vaxtlar Almaniyada sələfilərə qarşı internetdə xüsusi çağırışlar nəzərə çarpır.

Samir


Müəllif:

Oxşar xəbərlər